Britaniya hökuməti Ukraynaya 64,7 milyon dollarlıq dəstək paketi verəcək.
Ucnoqta.az "Reuters"ə istinadən xəbər verir ki, vəsait texnikanın təmiri və hərbi reabilitasiya mərkəzinin yaradılması üçün nəzərdə tutulub.
Məlumata görə, NATO sammitində müzakirə olunacaq yeni dəstək tranşının bir hissəsi olaraq Böyük Britaniya və G7 üzvləri "Challenger 2" üçün minlərlə əlavə sursat və 70-dən çox döyüş və nəqliyyat vasitəsi təmin edəcək.
Proqramlar NATO-nun Ukraynaya Hərtərəfli Yardım Paketi tərəfindən maliyyələşdiriləcək və Alyansın hər yerindən olan reabilitasiya mütəxəssisləri tərəfindən dəstəklənəcək.