İspaniya Slovakiyada əsgərlər yerləşdirəcək və Rumıniyadakı hərbi mövcudluğunu artıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə baş nazir Pedro Sançes NATO-nun Vilnüs sammitinə gələrkən bildirib.
Onun sözlərinə görə, İspaniya NATO-nun sadiq üzvü kimi bu gün alyansın şərq cinahını gücləndirmək üçün Slovakiyada ispan qüvvələri və əsgərlərinin yerləşdirilməsini elan edəcək.
Baş nazir əlavə edib ki, krallıq Rumıniyadakı kontingentini də gücləndirmək niyyətindədir.///tass