Almaniya Ukraynaya 40 "Marder" PDM və 25 "Leopard" tankı verəcək

14:36 - 11 İyul 2023 - DÜNYA

Almaniya Ukraynaya 40 Marder piyada döyüş maşını və 25 Leopard 1A5 tankı tədarük etmək niyyətində olduğunu açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius NATO sammitində bildirib. Bundan əlavə, Almaniya Ukraynaya iki Patriot buraxılış qurğusu və artilleriya mərmisi verəcək.

“Biz Ukraynanın prioritet hesab etdiyi silahlardan danışacağıq: hava hücumundan müdafiə sistemləri, tanklar, artilleriya”, - Pistorius bildirib.

Bundan əlavə, o, Kiyevə iki “Patriot” buraxılış qurğusunun çatdırılacağını bildirib.

Xəbər xətti