“Neftçi”də yeni baş məşqçi təyinatı rəsmiləşib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
“Ağ-qaralar”ı rumıniyalı Adrian Mutu çalışdıracaq. Bu, “Neftçi”nin Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəflə mütəxəssisin görüşündə rəsmiləşib. Tədbirdə klubun hazırkı durumu, qarşıya qoyulan hədəflər və gözləntilər müzakirə olunub, ardınca Mutu ilə iki illik müqavilə imzalanıb.