ABŞ-ın Türkiyəyə F-16 tədarükü İsveçin NATO-ya qəbulu ilə bağlı deyil - Stoltenberq

10:29 - 11 İyul 2023 - DÜNYA

Amerika F-16 qırıcılarının Türkiyəyə təhvil verilməsi İsveçin NATO-ya qəbulu ilə bağlı razılaşmanın bir hissəsi deyil.

Ucnoqta.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans liderlərinin görüşündən əvvəl ictimai NATO forumunda çıxışı zamanı deyib.

"Türkiyə açıq şəkildə bildirdi ki, "F-16" tədarükü məsələsi İsveçlə bağlı sövdələşmənin bir hissəsi deyil. Lakin bu razılaşmaların bir hissəsi olaraq Türkiyəyə silah tədarükünə qoyulan məhdudiyyətlər aradan qaldırılıb", - Stoltenberq bildirib.///tass

Xəbər xətti