Sığorta şirkətləri Fransada baş verən iğtişaşlardan sonra ümumilikdə 650 milyon avro məbləğində təzminat üçün müraciətlər alıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Fransa sığorta federasiyası "France Assureurs" məlumat yayıb.
Bildirilir ki, son həftə ərzində verilmiş ərizələr də daxil olmaqla, bu günə qədər verilən iddiaların ümumi dəyəri 650 milyon avro təşkil edir.
Belə ki, sığorta hadisələrinin 55%-i sahibkarların, 35%-i isə yerli özünüidarəetmə orqanlarının əmlakına düşür. Federasiyanın məlumatına görə, söhbət zərər çəkmiş 3,9 min obyektdən gedir.