Hindistanda daşqın nəticəsində ölənlərin sayı artıb

07:25 - 11 İyul 2023 - DÜNYA

Hindistanın şimalında ardıcıl dörd gündür davam edən güclü yağışlar nəticəsində azı 41 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Güclü leysan milli paytaxt Dehli rayonuna, Himaçal-Pradeş, Uttarakhand, Pəncab, Haryana, Racastan ştatlarına, Cammu və Kəşmirin birlik ərazisinə təsir edib.

Ən çətin vəziyyət Himalay dağlarının ətəklərində yaranıb ki, burada leysan yağışlar çoxsaylı sürüşmələrə səbəb olub, yerli çaylar öz sahillərindən çıxıb və bir çox yaşayış məntəqələrini su basıb. Şimal ştatlarının dağlıq rayonlarında yolların eroziya və su basması səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb, nəticədə yüzlərlə turist dağlarda qalıb.

Çərşənbə axşamı Hindistanın paytaxtında gözlənildiyi kimi Yamuna çayında suyun səviyyəsi təhlükəli həddi keçəcək.

Xəbər xətti