Mişel və Ərdoğan əlaqələrin intensivləşdirilməsini müzakirə ediblər

23:22 - 10 İyul 2023 - DÜNYA

Avropa Şurasının rəhbəri Şarl Mişel və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti öncəsi Ankara ilə Aİ arasında münasibətlərə yeni təkan vermək imkanını müzakirə ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Şarl Mişel Tvitter hesabında yazıb.

"Türkiyə, İsveç və NATO arasında NATO sammitində ikitərəfli görüşdən sonra prezident Ərdoğanla yaxşı görüş keçirdik. Biz əməkdaşlığımızı daha mənalı etmək və əlaqələrimizə yeni təkan vermək yollarını araşdırdıq" - AŞ rəhbəri qeyd edib.

Xəbər xətti