İsveçin baş naziri ölkəsinin NATO-ya üzv olmağa hazır olduğunu deyib

18:21 - 10 İyul 2023 - DÜNYA

İsveçin baş naziri Ulf Kristersson bazar ertəsi alyansın Vilnüsdə keçiriləcək sammitindən əvvəl bildirib ki, İsveç NATO-ya üzv olmağa artıq hazırdır.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin rəhbərinin sözləri hökumət aparatının press-relizində verilir.

"Biz NATO-ya üzv olmaq üçün məqsədyönlü işləmişik və Türkiyə və digər üzv dövlətlərlə dialoq davam edir. İsveç müdafiə alyansındakı 32 müttəfiqdən biri olmağa hazırdır", - Kristersson bildirib.

İclasda İsveçin baş naziri təhlükəsizlik və müdafiə siyasətinin cari məsələlərinin müzakirə olunacağı üç işçi sessiyada iştirak edəcək. Bazar ertəsi o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparacaq.

Xəbər xətti