Zelenski NATO-nun Vilnüs sammitində iştirak edəcək

15:52 - 10 İyul 2023 - DÜNYA

Ukrayna prezidenti Volodmiri Zelenski NATO-nun Vilnüs sammitində iştirak edəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.Əvvəlcə NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransı zamanı prezident Vladimir Zelenskinin NATO-nun Vilnüs sammitində iştirakını təsdiqləyib.

Daha sonra Zelenskinin NATO-nun baş katibi Stoltenberqlə birgə mətbuat konfransı iyulun 12-də keçiriləcək sammitin proqramında yer alıb.

Bundan əvvəl Zelenskinin Vilnüs sammitində iştirakı şübhə altında idi, çünki KİV-in yazdığına görə, Ukraynanın NATO-ya daxil olması ilə bağlı orada real addımlar atılmayınca, Ukrayna prezidenti iştirakdan imtina edib.

Xəbər xətti