Stoltenberq Ukraynanın NATO-ya üzv ola biləcəyinə münasibət bildirib

15:40 - 10 İyul 2023 - DÜNYA

 Alyans üzvləri Ukraynanın NATO-ya üzv olmaq istəyi ilə bağlı yekun bəyanatda hələ də razılaşa bilməyiblər

Ucnoqta.az xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib.

"Məsləhətləşmələr davam edir, bu gün bu məsələ ilə bağlı daha çox görüşlər keçiriləcək... Hələlik yekun qərar verilməyib, amma əminəm ki, bütün müttəfiqlər bu məsələ ilə bağlı aydın mesaj verə biləcəklər", - o deyib. 

İyulun 11-də Vilnüsdə NATO-nun sammiti başlayır.

Xəbər xətti