Türkiyə İsveçin NATO-ya üzv olmaq üçün şərtləri tam yerinə yetirməsini gözləyir

15:05 - 10 İyul 2023 - DÜNYA

Türkiyə İsveçin NATO-ya üzv olmaq üçün şərtləri tam yerinə yetirməsini gözləyir

Ucnoqta.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzv olmaq üçün Ankara ilə imzaladığı memorandumun şərtlərinə tam əməl etməsini gözlədiyini təkrarlayıb.

"Göstərilən şərtləri yerinə yetirmək lazımdır. Bu axşam mən İsveçin baş naziri Vilnüsdə Ulf Kristersson ilə görüşəcəyəm. Biz onlardan bizə verdiyi sözə əməl etmələrini istəyirik. Türkiyə də öz növbəsində ən çox ölkə kimi NATO-nun fəaliyyətinə kömək edir, lazım olan hər şeyi edir”, - o, NATO sammiti üçün Vilnüsə uçmazdan əvvəl deyib. 

Xəbər xətti