Priqojin üsyandan 5 gün sonra Putinlə görüşüb

14:22 - 10 İyul 2023 - DÜNYA

Yevgeni Priqojin üsyandan 5 gün sonra Kremldə Vladimir Putinlə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dmitri Peskov deyib.

Mətbuat katibinin sözlərinə görə, iyunun 29-da keçirilən müşavirədə "Vaqner PMC" dəstələrinin komandirləri də - ümumilikdə 35 nəfər iştirak edib, üç saat söhbət ediblər. Prezident şirkətin xüsusi əməliyyat zonasında gördüyü işlərə qiymət verib və iyunun 24-də baş verən hadisələri dəyərləndirib.

Xəbər xətti