İsrail və ABŞ birgə təlimlərə başlayıb

14:04 - 10 İyul 2023 - DÜNYA

İsrail və ABŞ birgə hərbi təlimlərə, o cümlədən strateji zərbələrin hazırlanmasına başlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) bildirib. Məlumata görə, İsrail və ABŞ Hərbi Hava Qüvvələri uzun mənzilli strateji zərbələr endirmək üçün birgə hərbi təlimlərə başlayıb.
Qeyd edilir, təlimlər zamanı Amerika tanker təyyarələri, xüsusilə də KC-46 Pegasus vasitəsilə havada yanacaq doldurulması məşq ediləcək.

Xəbər xətti