Cənubi Afrikaya qar yağıb

12:52 - 10 İyul 2023 - DÜNYA

Cənubi Afrika Respublikasının qərbinə qar yağıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Məlumata görə, Qərbi Keyp əyalətinin müxtəlif yerlərində 10 saatdan artıq qar yağıb. Səlahiyyətlilər sürücülərə son dərəcə diqqətli olmaları barədə xəbərdarlıq edib.

2023-cü ildə əvvəlkilərdən fərqli olaraq əyalətin bir çox şəhər və qəsəbələrinə qar yağıb, təkcə yüksək dağlıq ərazilərə deyil. Çoxsaylı yollar buz bağlayıb.

Soyuq hava Cənubi Afrikanın dərinliklərinə doğru irəliləyir. 

Ötən gecə Cənubi Afrikada 2023-cü ildə ən soyuq gecə olub. Yohannesburq və Pretoriyada havanın temperaturu sıfır dərəcədən aşağı düşüb.

Meteorologiya xidməti xəbərdarlıq edib ki, yaxın saatlarda ölkənin cənub-şərqində yerləşən KvaZulu-Natal əyalətində qar yağacağı gözlənilir. 

Xəbər xətti