Türkiyə komandoları İraqın şimalında əməliyyat keçirib
Ucnoqta.az xəbər verir ki, PKK-nın İraqın şimalındakı Zap bölgəsindəki rabitə zabiti Ferit Yükseli gizləndiyi mağarada zərərsizləşdirilib.
“Təslim olun” çağırışlarına atəşlə cavab verildikdən sonra terrorçu gizləndiyi mağarada komandolar tərəfindən zərərsizləşdirilib.
Terrorçu Yükselin bölgədə rabitəni təmin edən sözdə rabitə zabiti olduğu müəyyən edilib.
Axtarışlar zamanı sözügedən iki terrorçunun keçmişdə gizləndikləri mağarada çəkilmiş fotoşəkili də ələ keçirilib.