Şimali Hindistanda cümə günü axşamdan bəri bölgəyə yağan güclü musson yağışlarının təsiri nəticəsində azı 28 nəfər ölüb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, güclü yağışlar Dehlinin Milli Paytaxt Ərazisində, həmçinin Himaçal-Pradeş, Uttarakhand, Pəncab, Haryana, Racastan, Union Territory ştatlarında daşqınlara, torpaq sürüşmələrinə, binaların dağılmasına səbəb olub.
Su və palçıq axınları evləri, mağazaları, avtomobilləri və yük maşınlarını aparıb. Çayların səviyyəsinin təhlükəli həddə qalxması nəticəsində sürüşmə və daşqınlar qeydə alınıb.
Hindistan paytaxtının səlahiyyətliləri iyulun 11-də Dehlinin dayandığı Yamuna çayında suyun səviyyəsinin təhlükəli həddən yuxarı qalxacağını bildiriblər.