Tayvan sahillərində güclü zəlzələ baş verib

21:18 - 9 İyul 2023 - DÜNYA

Çinin ən böyük adası Tayvan sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin mənbəyi 4,2 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. 

Xəbər xətti