ABŞ-ın Afrika Komandanlığı Somali hökumətinin tələbi ilə Əl-Şəbab qruplaşmasının terrorçularına qarşı üç hava hücumu edib, 10 yaraqlı məhv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar günü AFRICOM-un rəsmi portalında dərc olunmuş məlumatda deyilir.
ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığı bildirib ki, zərbələr Afmadov şəhəri ərazisində həyata keçirilib.
Əl-Şəbab 2004-cü ildə Somalidə yaradılıb. Onun 10 minə qədər yaraqlısı var.///tass