Özbəkistanda prezident seçkiləri keçirilir

11:48 - 9 İyul 2023 - DÜNYA

Bazar günü Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir.

Ucnoqta.az xəbər verir ki, MSK sədrinin müavini Baxrom Kuçkarov jurnalistlərə bildirib ki, yerli vaxtla saat 11.00-da seçici fəallığı 33,54% təşkil edib.

"Seçici fəallığını qeydə alan elektron sistemin məlumatına görə, saat 11:00-a kimi 6 milyon 463 min 874 seçici və ya ümumi siyahının 33,54 faizi məntəqələrə gəlib", - Kuçkarov deyib.

Xəbər xətti