Macarıstan İsveçin NATO-ya daxil olmasını dəstəkləyir və bu məsələdə Türkiyə və alyansla əlaqə saxlayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban cümə günü Vyanada mətbuat konfransında bildirib.
"Macarıstan hökuməti artıq NATO-da İsveçlə bağlı qərar qəbul edib, bu, müsbət olub", - siyasətçi bildirib.
O qeyd edib ki, Budapeşt bu məsələ ilə bağlı alyans və Türkiyə ilə əlaqə saxlayır.///tass