Bir gündə Yaponiya üzərində uçan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç EA-18G Growler daşıyıcı elektron döyüş təyyarəsini ildırım vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Navy Times məlumat yayıb.
Məlumata görə, insident iyulun 6-da təyyarələr Yaponiyanın cənubunda planlı uçuşlar həyata keçirərkən baş verib.
Ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Bildirir ki, hərbi təyyarələrə tez-tez ildırım düşmür. Bununla belə, 2023-cü ildə artıq yeddi belə hal olub.