Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü İstanbulda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə yenidən Ukrayna böhranının həllində vasitəçilik təşəbbüsü ilə çıxış edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, danışıqların gündəliyinə Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi də daxil olacaq.
İyulun 17-də başa çatacaq taxıl müqaviləsinin uzadılması İstanbulda keçiriləcək danışıqlarda digər mühüm məsələ olacaq.