Helsinki Kiyevə 100 milyon avrodan çox hərbi texnika göndərəcək

21:31 - 6 İyul 2023 - DÜNYA

Finlandiya Ukraynaya dəyəri 100 milyon avrodan çox olan hərbi texnika göndərəcək.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Finlandiya Müdafiə Nazirliyi bütün göndərilən texnikanın ümumi dəyərinin təxminən 1,2 milyard avro olduğunu bildirib.

"Bu, Ukraynaya 17-ci hərbi texnika tədarükü olacaq, bu, təxminən 105 milyon avroya başa gələcək. Kiyevə göndərilən bütün texnikanın ümumi dəyəri təxminən 1,2 milyard avro təşkil edir", - nazirliyin press-relizində deyilir.

Xəbər xətti