İraqın xarici işlər naziri Azərbaycana səfər edəcək

16:55 - 3 İyul 2023 - SİYASƏT

İraqın xarici işlər naziri Fuad Hüseyn bu həftə Azərbaycana səfər edəcək.

Bu barədə Ucnoqta.az-a İraqın Bakıdakı səfirliyindən məlumat verilib.

Fuad Hüseyn Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-6-da Bakıda keçiriləcək nazirlərin toplantısında iştirak edəcək.

İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.

Xəbər xətti