Əfsanəvi italiyalı qapıçı Canluici Buffon peşəkar karyerasını bitirməyi düşünür.
Ucnoqta.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Qeyd olunur ki, "Parma"nın 45 yaşlı qolkiperi ailəsinə daha çox vaxt ayırmaq üçün idmanı tərk etmək istəyir. Qapıçı hələ ki, yekun qərarını verməyib.
Buffonun Parma ilə müqaviləsi 2024-cü ilə qədərdir.