İyunun 27-nə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-23°, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 753 mm civə sütunu - təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 32-37°, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacaq.