“Mançester Siti” ən bahalı müdafiəçi transferini edəcək

15:39 - 25 İyun 2023 - İDMAN

Almaniyanın RB Leipzig və Xorvatiya millisinin futbolçusu Yosko Qvardiol “Mançester Siti”yə keçsə, dünyanın ən bahalı müdafiəçisi ola bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Məlumata görə, “şəhərlilər” xorvat üçün 90 milyon avro üstəgəl bonuslar təklif edir. Daha əvvəl jurnalist Fabrizio Romano Qvardiolun ingilis klubu ilə müqavilənin şərtlərini artıq razılaşdırdığını bildirmişdi.

Hazırda dünyanın ən bahalı müdafiəçisi İngiltərənin “Lester”indən “Mançester Yunayted”ə 87 milyon avroya keçən Harri Maquayrdır.

Transfermarkt Qvardiolun qiymətini 75 milyon avro təşkil edir.

Xəbər xətti