"Vaqner" Voroneji tərk edir

13:00 - 25 İyun 2023 - SİYASƏT

"Vaqner" PMC bölmələri müntəzəm olaraq Voronej vilayətinin ərazisini tərk edirlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Qusev bazar günü özünün Telegram kanalında bildirib. Məlumata görə, bölgədə qüvvədə olan məhdudiyyətlər və təhlükəsizlik tədbirləri vəziyyət tam həll edildikdən sonra aradan qaldırılacaq.

Qubernator məhdudiyyətlərin aradan qaldırılmasını daha sonra elan edəcəyini bildirib.

Hərbi texnikanın hərəkəti nəticəsində dəymiş ziyanın aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi üçün səlahiyyətli orqanlar tədbirlər görəcək. 

Xəbər xətti