İstehlaka yararsız 6,1 ton qida məhsulları məhv edilib

12:58 - 25 İyun 2023 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirləri çərçivəsində istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib.

Ucnoqta.az AQTA-ya istinadən xəbər verir ki, “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 6,1 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Xəbər xətti