Argentina milli futbol komandasının kapitanı Lionel Messi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında millinin qələbəsi ilə əlaqədar ötən mövsümdən razı qalıb.
Ucnoqta.az xəbər verir ki, onun sözlərini BeIN Sports yayıb.
“Mən ən vacib məqsədimi həyata keçirdim - Dünya Kubokunu qazanmaq. Mən heç vaxt fərdi mükafatlar haqqında düşünməmişəm və həmişə kollektivi hər şeydən üstün tuturam.
Mən bu məqsədimə nail oldum və bu, görkəmli karyeram üçün əla sondur”, - deyə futbolçu bildirib.