Oğuzda 5 tona yaxın narkotik tərkibli bitki məhv edilib

16:24 - 24 İyun 2023 - ÖLKƏ İÇİ

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbir zamanı Bayan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 4 ton 470 kiloqram olan 2650 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Xəbər xətti