Şəki sakinləri yolu bağladı - İcra hakimiyyətindən açıqlama

20:30 - 23 İyun 2023 - ÖLKƏ İÇİ

İyunun 17-də Şəki rayonunun Daşüz kəndi ərazisinə dolu düşməsi nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib.

Şəki Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, dəymiş maddi ziyanla bağlı rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən evlərə baxış keçirilib, müvafiq sənədləşmə işləri aparılıb və aidiyyəti üzrə məlumat verilib:

“Ancaq bir qrup kənd sakini həmin fəsadların dərhal aradan qaldırılması üçün bu gün magistral yolu bağlamağa cəhd göstəriblər. Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin rəhbərliyi ərazidə sakinlərlə görüşüb, onlarla izahedici-profilaktiki söhbətlər aparıb. Qısa müddət ərzində magistral yolda hərəkətin intensivliyi təmin edilib və ictimai asayiş pozulmayıb”.

Xəbər xətti