“Səbail”in futbolçusu Rahid Əmirquliyev futbolçu karyerasını başa vurub.
Ucnoqta.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi 34 yaşında peşəkar karyerasını başa vurub.
Qeyd edək ki, Rahid 2018-ci ildən “Səbail”də oynayırdı. O, ümumilikdə Azərbaycan Premyer Liqasında 457 oyunda meydana çıxıb və bunlardan 120-si “Səbail”in heyətində olub. Əmirquliyev 2007-2017-ci illərdə Azərbaycan millisinin formasını geyinib.