"Tədbir zalından indi çıxmışam, baxıram sosial şəbəkələrdə haqqımda həqiqəti əks etdirməyən məlumatlar yayılıb".
Ucnoqta.az xəbər verir ki, Neftçala rayonunun icra başçısı Mirhəsən Seyidov sosial şəbəkələrdə döyülməsi barədə yayılan məlumatları təkzib edib:
"Sizi, dövlət qulluqçularının peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Sosial şəbəkələr vasitəsi ilə insanlarımızda çaşqınlıq yaratmaq mümkün deyil və olmayacaq. Vətəndaşımıza şərəfli və ləyaqətlə xidmət etmək bizim qarşımızda duran ən başlıca vəzifədir".
DİN yayılan məlumatı təkzib edib.
Qeyd edək ki, sosial şəbəkədə Neftçala rayonunun Bankə qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirən Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyüldüyü, Zaur adlı kənd sakininin başçıya “kəllə atdığı” yayılmışdı.