Dörd rayonda 15 tondan çox çətənə bitkisi məhv edildi

14:50 - 23 İyun 2023 - ÖLKƏ İÇİ

Tərtər rayonunda iki tondan çox çətənə bitkisi məhv edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Xoruzlu kəndi ərazisində yabanı halda bitən, çəkisi 2 ton 300 kiloqram olan 3200 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də “Xaşxaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Kürkənd kəndi ərazisində yabanı halda bitən və ümumi çəkisi 12 ton olan 6000 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının da keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Yardımlı rayonunun Arvana kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 tondan artıq olan 8560 ədəd xaş-xaş kolu çıxarılıb və yandırılaraq məhv edilib.

Xəbər xətti