"Çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiç Çempionlar Liqasının qalibi "Mançester Siti"yə keçəcək.
Ucnoqta.az xəbər verir ki, jurnalist Fabrizio Romanonun sözlərinə görə, klublar təzminatın məbləği ilə bağlı razılığa gəliblər. Bu, 30 milyon funt sterlinq təşkil edəcək. Artıq şəxsi müqavilənin şərtləri razılaşdırılıb. Yaxın günlərdə futbolçu tibbi müayinədən keçəcək.
İngiltərə klubununun 25 milyon zəmanətli sərbəst qalma müddəaları ödəyəcəyi bildirilir. Daha 5 milyon bonusun ödənilməsi futbolçunun performansından yox, bunun üçün klubun qazanmalı olduğu titullardan asılı olacaq.
29 yaşlı xorvatiyalı ötən mövsüm "Çelsi"nin heyətində 37 oyuna çıxıb. Onun aktivində 2 qol və 2 məhsuldar ötürmə var.