Gədəbəy rayonunun Söyüdlü kəndi və ətrafında xüsusi cihazlarla hava ölçüləri aparılıb. Havanın keyfiyyəti öyrənilib.
Ucnoqta.az xəbər verir ki, bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Dövlət Komissiyasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib.
Nazir bildirib ki, gölün insan həyatına nə qədər neqativ təsir göstərməsi araşdırılacaq:
"Orada hər hansı bir qorxulu amillər yoxdur. Sizi narahat edən sianidin buxarlanması nəticəsində olan tərkib havada yoxdur.
Torpaq və su ilə bağlı da nümunələr xüsusi laboratoriyada analiz ediləcək. Nəticəni sizinlə bölüşəcəyik".