"Qremio"nun braziliyalı hücumçusu Luis Suares dizində yaranan problemlərə görə tezliklə karyerasını başa vuracağını açıqlaya bilər.
Ucnoqta.az xarici məıtbuata istinadən xəbər verir ki, 36 yaşlı hücumçu sağ dizindəki ağrılara daha dözə bilməyəcəyini və artroz səbəbindən futbolu tərk etməyə hazır olduğunu klub rəhbərliyinə bildirib. Tərəflər müqavilənin mümkün ləğvi ilə bağlı prosedurları müzakirə edir, yaxın günlərdə futbolçu ilə klub arasında görüş planlaşdırılır.
Suares keçən il dekabrın sonunda "Qremio"ya keçərək iki illik müqavilə imzalayıb. Porto Aleqrinin heyətində 25 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.
Uruqvaylı futbolçu karyerası ərzində "Liverpul", "Barselona" və "Atletiko Madrid"də oynayıb.