Bundesliqanın bombardiri "Çelsi"yə keçib

14:51 - 20 İyun 2023 - İDMAN

Fransa millisinin hücumçusu Kristofer Nkunku Almaniya "Leyptsiq"indən "Çelsi"yə keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb.

Məlumata görə, 25 yaşlı futbolçu yeni klubu ilə 6 illik müqavilə imzalayıb.

"Transfermarkt"ın məlumatına görə, Nkunkunun transferi "Çelsi"yə 60 milyon avroya başa gəlib.

Nkunku 2019-cu ildən "Leyptsiq"də çıxış edir. 2021/22 mövsümündə bütün yarışlarda 35 qol vurub və Bundesliqada mövsümün oyunçusu seçilib. 

Nkunku Fransa yığmasının heyətində on oyuna çıxıb.

Xəbər xətti