"PSJ"nin hücumçusu Kilian Mbappe "Qızıl top" mükafatı üçün mümkün qələbəyə nikbin olduğunu etiraf edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Mbappe Qızıl topa layiq olduğunu düşünür.
“Fərdi mükafatdan danışmaq çətindir, çünki bu halda sən özünü lovğalamaq məcburiyyətindəsən, bu da geniş ictimaiyyət arasında o qədər də populyar deyil. Yeni meyarlar hansılardır? Retinanı yandırmaq və oyuna təsir etmək? Düşünürəm ki, onlara uyğun gəlirəm. Görək. Seçimi başqaları edir, amma mən hələ də optimistəm”, - Mbappe deyib.