Biləsuvar və Cəlilabada güclü leysan yağır - elektrik enerjisi dayanıb

21:15 - 18 İyun 2023 - ÖLKƏ İÇİ

Güclü külək və leysan Biləsuvar və Cəlilabadın bir sıra ərazilərini işıqsız qoyub.

Bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat verib.

Sakinlərin bildirdiyinə görə, güclü külək və leysan səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, hazırda hər iki rayonda küləklə müşahidə olunan leysan yağır. Hələlik leysanın digər fəsadları haqqında məlumat yoxdur.

Xəbər xətti