Bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanda 2978 tələbənin iştirakı gözlənilirdi.
İmtahanın idarəolunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 277 nəzarətçi-müəllim, 37 buraxılış rejimi əməkdaşı (mühafizə), 13 bina nümayəndəsi ayrılıb.
İlkin məlumatlara əsasən 1 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb.
İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.