Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 14:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöl, Neftçala, Xınalıq, Quba, Biləsuvarda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən verilən xəbərə görə, yağan leysan yağış nəticəsində saat 13:20 radələrində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar çayından sel keçib.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 18-20 m/s-dək güclənib.