Xırdalanda qadının attraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb

11:19 - 16 İyun 2023 - ÖLKƏ İÇİ

Xırdalanda iyunun 8-də 36 yaşlı qadının attraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluqdan məlumat verilib.

Xəbərə görə, iyunun 8-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq tədbirləri davam edir.

Xəbər xətti