Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı açıqlanıb

08:09 - 14 İyun 2023 - ÖLKƏ İÇİ

Bu ilin sonunadək 2 minə yaxın məcburi köçkün ailəsi, 10 minə yaxın məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı, məskunlaşması nəzərdə tutulub

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, 22 keçmiş məcburi köçkün ailəsini təmsil edən 72 nəfər öz doğma torpağına - Laçına köçürülüb:

"Belə ki, Laçın şəhərindən 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub".

Xəbər xətti