“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-271 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar uçuş aeroportuna qayıtmaq qərarına gəlib.
Bu barədə AZAL-dan məlumat verilib.
Təyyarə saat 16:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcək.