Lavrov Hakan Fidanı təbrik edib

20:41 - 9 İyun 2023 - DÜNYA

Türkiyə Xarici İşlər Nazirliyinin yeni rəhbəri Hakan Fidan cümə günü rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.

Ucnoqta.az xəbər verir ki, Türkiyə nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, bu gün xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb. Lavrov nazir Fidanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Nazirlər ikitərəfli əlaqələri və cari gündəmi də müzakirə ediblər.

Mayın 28-də keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra formalaşan Nazirlər Kabinetində Hakan Fidan Türkiyənin xarici işlər naziri təyin edilib. Fidan 2010-cu ildən Türkiyə kəşfiyyatına rəhbərlik edir və xarici işlər naziri təyin edilən ilk ölkənin kəşfiyyat orqanlarının rəhbəri olub.

Xəbər xətti