"Səbail"də daha bir ayrılıq yaşana bilər.
Son günlər komandanın bir neçə üzvünə qapını göstərən "dənizçilər" yarımmüdafiəçi Rahid Əmirquliyevlə də yollarını ayıra bilər.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyevin 33 yaşlı futbolçu ilə münasibətləri korlanıb.
Mütəxəssislə ulduzu barışmayan təcrübəli isim yaxın günlərdə "Səbail"i tərk edə bilər.
Bildirək ki. Rahidin "dənizçilər"lə müqaviləsinin müddəti bu ayın sonunda başa çatır.