2018-2022-ci illər ərzində ölkəmizin qeyri-neft-qaz ixracı həm faktiki qiymətlərlə, həm də real ifadədə artaraq 1,72 mlrd. dollardan 3,05 mlrd. dollara çatıb.
Ucnoqta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.
Nazir bildirib ki, qeyri-neft sektorunun təşviqi istiqamətində həyata keçirilən islahatlar dayanıqlı iqtisadi inkişafa mühüm təkan verir.